iranwire (تورکجه بؤلومو)
@iranwire3
تورکجه بؤلومونده ایرانین هر بیر یئریندن آذربایجان تورکجهسینده خبرلر یاییریق - خبرلر، عکسلر و ویدئولاریزی بیزه گؤندرین: http://t.me/siziranwire
دوغو آذربایجان بؤلگهسل سو شرکتینین باش مودیری یوسف غفارزاده، بیلدیریب کی، اگر سو توکتیمی نورمال شکیلده داوام ائتسه، ایالتدهکی سو بندلرینده مؤوجود اولان سو تبریزین ایچمهلی سو احتیاجینی ماکسیموم ۲.۵ آی تعمین ائده بیلر. #آذربایجان_خبرلری #سو_بؤحرانی iranwire.com/azb/news-3/143…
İran və Avropa troikası arasında İstanbulda yeni danışıqlar başlayıb. Avropa ölkələri deyirlər ki, əgər İran müəyyən şərtləri qəbul edərsə, “maşə mexanizmi”nin aktivləşdirilməsi üçün nəzərdə tutulan müddəti uzatmağa hazırdırlar. #iran_xəbərləri #sanksiya iranwire.com/az/politics-2/…
چارشنبه گونو ۱ مرداد ۱۴۰۴ سحر ساعتلاریندا، اطلاعات مامورلاری تورک مدنی فعال “فرزانه دانیار”ین ائوینه هوجوم ائدهرک، ائوده آختاریش آپاراراق عائلهسینده قورخو و واهیمه یارادیبلار. #آذربایجان_خبرلری #فرزانه_دانیار iranwire.com/azb/news-3/143…
Britaniya parlamentinin bir qrup üzvü, İsrail-Həmas müharibəsi və İranın bu qruplara dəstəyi barədə hesabatının dərcindən sonra, Baş nazirdən İK-nin terror təşkilatı kimi tanınmasını sürətləndirməyi tələb ediblər. #iran_xəbərləri #inqilab_keşikçiləri iranwire.com/az/news-2/1434…
Ətraf mühit üzrə tədqiqatçı Məhəmməd Dərviş, Urmu gölünün quruması ilə bağlı məsul qurumların fəaliyyətini tənqid edərək deyib: Son illərdə yağıntıların vəziyyəti bu ildən də pis olsa da, göl heç vaxt bu qədər qurumamışdı. #azərbaycan_xəbərləri #urmu_gölü iranwire.com/az/news-2/1434…
ایراندا سو قیتلیغی و الکتریک کسینتیلرینین آرتدیغی بیر واختدا، اؤلکهنین سو صنایعسی سؤزچوسو ۲۴ ایالتده یئرلشن تخمیناً ۵۰ شهرده جدی سو بؤحرانی یاشاندیغینی و بو دورومون راحات حل اولمایاجاغینی بیلدیریب. #ایران_خبرلری #سو_بؤحرانی iranwire.com/azb/news-3/143…
Amnesty International yeni hesabatında bildirib ki, İran qüvvələri İsraillə 12 günlük savaş zamanı raket hücumlarında yaşayış məntəqələrini kaset bombaları ilə hədəf alıblar və bu, #savaş_cinayəti kimi qiymətləndirilə bilər. #iran_xəbərləri iranwire.com/az/news-2/1434…
ایرانوایره چاتان خبره گؤره، تورک مدنی فعال و کئچمیش سیاسی محبوس #توحید_امیرامینی ۱ مرداد ۱۴۰۴-ده ، محکمهنین "ثنا" آدلی سیستمی واسطهسیله آلدیغی بیلدیریشه اساساً، اردبیلین ایکینجی جینایت محکمهسینین ۱۰۴-جو شؤبهسینده اولمالیدیر. #آذربایجان_خبرلری iranwire.com/azb/news-3/143…
İsrailin müdafiə naziri, hərbi və kəşfiyyat rəhbərləri ilə keçirilən məxfi iclasda İrana qarşı hərbi hücumların ehtimalından danışıb və vurğulayıb “Təhdidlər təkrarlanarsa, İran torpağında heç bir nöqtə İsrail hücumlarından qorunmayacaq.” #iran_xəbərləri iranwire.com/az/news-2/1434…
ایران ایسلام جمهوریتینین محکمه حاکیميتینین باشچیسی «غلامحسین محسنی اژهای»، ایران و اسراییل آراسیندا باش وئرمیش ۱۲ گونلوک ساواش زامانی تخمیناً ایکی مین ایرانلی وطنداشین حبس ائدیلدیگینی آچیقلاییب. #ایران_خبرلری #اسراییل #محبوسلار iranwire.com/azb/news-3/143…
"رادیو و تلویزیون آراشدیرما مرکزینین" رئیسی، ۱۴۰۴-جو ایلین یازیندا تلویزیون تاماشاچیلارینین اؤتن قیشا نیسبتاً یوزده ۴ آرتدیغینی ادعا ائدیب و سون گونلرده خبر شبکهسینین اؤلکهنین ان چوخ ایزلهنیلن تلویزیون کانالی اولدوغونو آچیقلاییب. #ایران_خبرلری iranwire.com/azb/news-3/143…
İstilik dalğasının şiddətlənməsi və hökumətin vətəndaşlara kifayət qədər su və elektrik təmin edə bilməməsi səbəbilə İran İslam Respublikası hökuməti çərşənbə günü, 23 iyul tarixini bir sıra əyalətlərdə tətil elan edib. #iran_xəbərləri #su_böhranı iranwire.com/az/news-2/1434…
İran rabitə naziri, 12 günlük savaşın və internetin kəsilməsi və ölkənin rəqəmsal iqtisadiyyatına və kiber infrastrukturuna vurduğu zərərlər, o cümlədən məşğulluğun yüzdə 30 azalması ilə bağlı bir hesabat dərc edib. #iran_xəbərləri #internetin_kəsilməsi iranwire.com/az/news-2/1434…
🎥 انرژی ناظری عباس علیآبادی ژورنالیستلره وئردیگی موصاحیبهده دئییب: «باجیمین اوشاغی هر دفعه ایشیقلار کسیلنده مندن سوروشور کی، دایی، ایشیق هارا گئدیر؟ من ده جاواب وئریرم کی، بو، بیزیم دوزگون ایستیفاده ائتمهدیگیمیز یئره گئدیر.» #الکتریک_بؤحرانی #عباس_علیآبادی
تورک مدنی فعال یوسف کاری، "ثنا" سیستمی واسطهسیله آلدیغی بیلدیریشه اساساً، ۸ مرداد تاریخینده اونا یؤنلدیلن اتهاملارلا باغلی ساوونما اوچون اردبیل ایکینجی جینایت محکمهسینین ۱۰۴-جو شؤبهسینده اولمالیدیر. #آذربایجان_خبرلری #یوسف_کاری iranwire.com/azb/news-3/143…
ABŞ Prezidenti Donald Tramp, Truth Social platformasında yayımladığı paylaşımda yenidən İranın nüvə obyektlərinin bombalanmasını müdafiə edib və lazım gələrsə, bu hücumları təkrar edəcəyini bildirib. #iran_xəbərləri #iran_nüvə_proqramı iranwire.com/az/politics-2/…
تبریزلی تورک مدنی فعال یونس مرامی ایکی هفتهدن چوخدور کی، تبریز اطلاعات ایدارهسینین تجریدخاناسیندا هئچ بیر قانونی و محکمه سورجی اولمادان ساخلانیلیر. #آذربایجان_خبرلری #یونس_مرامی iranwire.com/azb/prisoners-…
Azərbaycanlı mədəni fəal və Doğu Azərbaycan Vəkillər birliyinin üzvü Yılmaz Mehrəlibəyli, 21 iyul bazar ertəsi səhər Culfa şəhərində İran İslam Respublikası təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. #azərbaycan_xəbərləri #məhbuslar iranwire.com/az/prisoners-1…
اردبیل شهریندن اولان تورک مدنی فعال سحر ممیزاده ۲۸ خرداد ۱۴۰۴-ده اینقیلاب کئشیکچیلری قوهلری طرفیندن ائوینه ائدیلن باسقین سونوجوندا حبس ائدیلیب. #آذربایجان_خبرلری #سحر_ممیزاده iranwire.com/azb/news-3/143…
İslam Cümhuriyyəti Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Boqayi bildirib ki, Böyük Britaniya, Fransa və Almaniya ilə nüvə danışıqları 25 iyul, cümə günü, İstanbulda, nazir müavinləri səviyyəsində yenidən başlayacaq. #iran_xəbərləri #iran_nüvə_proqramı iranwire.com/az/news-2/1433…